ABŞ Çin məlumat mərkəzi avadanlıqlarının idxalına qadağa qoymağa hazırlaşır

Tramp administrasiyası müəyyən Çin məlumat mərkəzi avadanlıqlarının ABŞ-ə idxalını qadağan etmək üçün bir plan hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinə görə, tədbir xüsusilə Çinin yeni optik ötürücülərinə təsir edəcək.

ABŞ hakimiyyəti süni intellekt infrastrukturunu məlumat oğurluğundan və zərərli proqram təminatından qorumağa çalışır. Federal Rabitə Komissiyası qadağan layihəsi hazırlayır. Rəsmilər onu bu il tətbiq etməyə ümid edirlər. Komissiya zəruri hallarda bu məhdudiyyəti dəyişdirə və ya təxirə sala bilər.