
ABŞ Çinin güclənməsindən narahatdır -ŞƏRH
12:41 17.05.2024
Dünya
589
ABŞ və Çin müdafiə nazirləri ikiillik fasilədən sonra görüşəcəklər.
“Financial Times”dan verilən məlumata görə Pentaqon rəhbəri Lloyd Ostin və Çinin müdafiə naziri Don Cün mayın 31-i Sinqapurda keçiriləcək “Shangri-la Dialoqu” müdafiə forumu çərçivəsində bir araya gələcəklər.
Qeyd edək ki, Ötən ilin noyabrında San-Fransiskoda ABŞ Prezidenti Co Bayden və Çin Sədri Si Cinpin arasında münasibətlərin normallaşması ilə bağlı keçirilmiş görüş zamanı hərbi əlaqələrin yenidən bərpası barədə razılıq əldə olunub.
Politoloq Oqtay Qasımov "Sherg.az"a bildirib ki, ABŞ və Çinin bir çox məsələdə maraqları toqquşur:
"İki dövləti maraqlandıran əsas istiqamətlər Sakit Okean ölkələri, xüsusilə Tayvan məsələsidir. Çin hazırda həm iqtisadi, həm də hərbi cəhətdən dünyanın ən güclü ölkələrindən biridir və nüfuzu getdikcə artmaqdadır. Çinin güclənməsindən narahat olan ABŞ onun gücünü azaltmağa çalışır. Bu yaxınlarda da ABŞ dövlət katibi Çinə səfər etdi. Səfərdən çox şey gözlənilsə də, görüşdə tərəflər razılışa bilmədi".

Analitik əlavə edib ki, ABŞ-nin Tayvana həm siyasi, həm də iqtisadi dəstək verməsi Çini narahat edir:
"Ağ Ev bir tərəfdən Pekinin Vahid Çin ideyasına etiraz etməsə də, digər tərəfdən Tayvanın Pekinin nəzarəti altına keçməsinə qarşı çıxır. ABŞ burada Tayvana hərbi dəstək verərək bölgədə öz maraqlarını təmin etməyə çalışır. Son illər Çinin hərbi sahədə güclənməsi, xüsusilə ticarət donanmasının ABŞ-nin ticarət donanmasına yaxınlaşması Vaşinqtonu narahat edir. Düşünürəm ki, görüşün tərəflər arasındakı münasibətlərə yaxşı təsiri olsa da, ABŞ-Çin gərginliyini yumşaltmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya