ABŞ-da son seçki nəticəsi də açıqlandı: Alyaskada demokratların qələbəsi

ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərin nəticələri ən gec açıqlanan Alyaska ştatında demokrat namizəd Meri Peltola respublikaçı senator Den Sallivanı məğlub edib. Bu qələbə ilə demokratlar Senatda 56 yer qazanaraq üstünlüyü ələ keçiriblər.

Sherg.az xəbər verir ki, səslərin 49,5 faizini toplayan Peltola iki müddətdir senator olan Sallivanı (41,4 faiz) geridə qoyub.

Peltola bildirib ki, seçicilər Vaşinqtonun mövcud siyasətinin Alyaskanın problemlərini həll etmədiyinə dair aydın mesaj veriblər.

Qeyd edək ki, demokratlar aralıq seçkilərdə respublikaçıların nəzarətində olan 9 senator yerini qazanaraq Senatda 56:44 hesabı ilə üstünlük əldə ediblər. Alyaskadakı nəticə builki aralıq seçkilərdə Senat uğrunda sonuncu yarışın yekunu olub.