Vaşinqtonun qərbindəki Skagit çayının ətrafında yaşayan təxminən 100 min insana şiddətli daşqın təhlükəsi səbəbindən dərhal təxliyə edilmələri əmr edilib.
Teleqraf xəbər verir ki, təcili yardım xidmətləri suyun səviyyəsinin qalxması səbəbindən yüksək daşqın təhlükəsi barədə xəbərdarlıq edir.
Dekabrın 11-də Vaşinqton qubernatoru Bob Ferqyuson ştat üzrə fövqəladə vəziyyət elan etdi. O, təxminən 100 min sakinin təxliyə edilə biləcəyini deyib.