ABŞ-də seçkilərdə sürprizlər ola bilər
12:33 10.08.2024
Dünya
642
Artıq sorğularda Trampla Kamala Harrisin şansları bərabərləşib
ABŞ-nin vitse-prezidenti Kamala Harris demokratların, fəallaşan və səsvermə ehtimalı artan gənc qaradərili seçicilərin, qadınların dəstəyi sayəsində 2024-cü il prezidentlik yarışında uğur qazanmağa müvəffəq olub. Qeyd olunub ki, Harris və Donald Tramp əsas ştatlarda dəstək baxımından bərabərdir: “Seçkilərin nəticəsini müəyyən edən əsas ştatlarda Demokratlar və Respublikaçılar partiyalarından olan namizədlərin qalib gəlmək şansı artıq bərabərdir. Sorğular göstərir ki, hər iki namizəd Miçiqanda 48 faiz, Pensilvaniyada 50 faiz, Arizonada isə 49 faiz səs toplayıb. Lakin Trampın xeyrinə bəzi kritik amillər dəyişməyib. O, seçicilər arasında əhəmiyyətli liderliyini qoruyub saxlayır. Onların maliyyə cəhətdən yaxşı vəziyyətdə olacağını, onun siyasətinin sərhəddəki miqrantların sayını azaldacağını iddia edir. Amma eyni zamanda “mütləq səs verəcəklərini” deyən demokratların sayı bu il ən yüksək səviyyəyə yüksəlib. Donald Tramp və Kamala Harris sentyabrın 10-da ABC telekanalında debat keçirəcəklər. Tramp isə bildirib ki, debatlar sentyabrn 4-də “Foks Nuys”da, sentyabrın 10-da ABC-də, sentyabrın 25-də NBC-də olacaq. Onun sözlərinə görə, tamaşaçılar və keçiriləcək yerlə bağlı xırda detallar hələ də dəqiqləşdirilir. Tramp Harrisin debatın bütün şərtləri ilə razılaşacağına şübhə etdiyini bildirib. “Politiko” nəşri yazıb ki, ABŞ-nin yeni prezidenti yanvarda fəaliyyətə başlayacaq: "Hər iki namizəd daha əvvəl Ukraynadakı müharibə ilə bağlı strategiyalarını açıqlasa da, həm Donald Trampın, həm də Kamala Harrisin açıq bəyanatları onların əslində necə hərəkət edəcəklərini əks etdirmir". Qeyd edilib ki, Baydenin seçki kampaniyasından geri çəkilməsindən sonra Kamala Harris Ukraynadakı müharibə ilə bağlı hələlik heç bir ciddi açıqlama verməyib. Bununla belə, o, bu ilin iyununda İsveçrədə keçirilən Qlobal Sülh Sammitində iştirak edib. Orada bildirib ki, Amerikanın strateji maraqları Ukraynaya güclü dəstəkdir. Eyni zamanda onun prezident kimi siyasətinin Baydendən daha həlledici olacağına ümid var. Tramp isə hələ son sözünü deməyib. Bundan əvvəl eks-prezident müharibəni 24 saat ərzində bitirmək barədə son dərəcə şübhəli vəd vermişdi. Bu gün hər kəs Trampın bu vədi necə yerinə yetirməyə çalışacağına ümid və qorxu ilə yanaşır.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a bildirib ki, Donald Trampla Kamala Harrisin vəziyyəti əlli-əlliyə dəyərləndirilə bilər. Ekspertin fikrincə, əvvəl Trampın imkanları daha geniş idi, çünki qarşısında qoca Cozef Bayden dayanmışdı:
"Bayden atdığı addımların əksəriyyətində ciddi xətalara yol verərək, istər-istəməz D.Trampın reytinqini artırırdı. Xüsusən, sui-qəsdə təşəbbüsdən sonra Trampın reytinqi xeyli artmışdı. Amma Kamala Harris həm cavandır, həm də "dərin dövlət"in adamıdır. Sıradan şəxs deyil. Ona görə də Tramp Harrisi zəif namizəd hesab edə bilməz. Əksinə, Tramp üçün hazırda ən ciddi rəqiblərdən biridir. Şansları bərabərdir. Harris seçki kampaniyasını gücləndirərsə, Trampa qalib gələ biləcək səviyyədə güclü namizəd kimi də dəyərləndirilə bilər. Xatırladım ki, Hillari Klintonla Donald Tramp arasında keçirilmiş ötən seçkidə Tramp sürpriz formada Hillari Klintona qalib gəlmişdi. Halbuki çoxları Klintonun qalib gələcəyini düşünürdü. Yəni seçkilərdə sürprizlər, gözlənilməz nəticələr olur. Bunu gözardı eləmək olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya