"Hays County" rəsmisi Ruben Becerra bildirib ki, Austin şəhərindən təxminən 64 kilometr cənub-qərbdə yerləşən Vimberley bölgəsində “Cessna 421C” tipli təyyarə gecə saatlarında yerə çırpılıb.
Sherg.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım qrupları cəlb olunub. İlkin məlumatlara görə, yüksək sürətlə yerə düşən təyyarədə olan 5 nəfərin hamısı həlak olub.
Rəsmilər havada toqquşma əlamətinin olmadığını, yaxınlıqda uçan digər bir təyyarənin isə "New Braunfels" hava limanına təhlükəsiz eniş etdiyini açıqlayıb. Ölənlərin kimlikləri ailələrinə bildirildikdən sonra ictimaiyyətə açıqlanacaq.
Federal Aviasiya İdarəsi (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəzanın səbəblərini araşdırmağa başlayıb.