ABŞ Ukraynaya gələcəkdə Rusiyanın təcavüzünə qarşı təhlükəsizlik zəmanətlərini Kiyev və Moskva arasında müharibəni bitirəcək ümumi bir razılaşma əldə edilməyincə verməyəcək.
APA xəbər verir ki, bu barədə “Politico” 2 avropalı və bir ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin məlumatın görə, bu heç də Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq etmək üçün edilmir, sadəcə ABŞ Prezidenti Donald Tramp sülh danışıqlarını poza biləcək hər hansı bir razılaşmaya qol çəkmək istəmir.
“Çünki bu, sülh danışıqlarını pozarsa, onun heç bir mənası olmayacaq”, - Tramp administrasiyasından olan yüksək rütbəli məmur bildirib.