ABŞ İsrailin cənubundakı aviabazadan müasir F-22 qırıcılarını çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.
Bildirilib ki, İsraildə yerləşdirilmiş azı 10 ədəd F-22 qırıcısı Böyük Britaniyadakı "Fairford" aviabazasına uçub.
Qırıcıların burada texniki dayanacaqdan sonra ABŞ-yə qayıtması nəzərdə tutulur.