
ABŞ - İran münasibətləri: Vəziyyət məcradan çıxır
Yusif Nəzərli
10:55 05.01.2024
Dünya
980
ABŞ İranla münaqişəyə can atmır. Bunu Pentaqon sözçüsü Patrik Rayder deyib.
"İranla genişmiqyaslı münaqişə axtarmırıq. Bununla belə, biz qüvvələrimizin təhdid edilməsinə imkan verməyəcəyik", - o deyib.
Rayder əlavə edib ki, ABŞ bölgədəki qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün iraqlı tərəfdaşları ilə işləməyə davam edəcək.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın bazalarına, eləcə də Suriyadakı Amerika hərbçilərinə İranın proksi qrupları mütəmadi olaraq hücumlar edir.
İranla ABŞ münasibətlərində yaranan gərginliyi "Sherg.az" üçün dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, bu gün İranın beynəlxalq münasibətlər sistemində tutduğu mövqe Tehrana qarşı xeyli müxalif qüvvələrin yetişməsinə səbəb olub:
"Hazırda İranın dünya üzrə münasibətlərinin normal və ya yaxşı olduğu ölkə sayı olduqca azdır. Bu səbəbdən Tehrana qarşı olan qüvvələr İran daxilində gərginliklərin artmasında maraqlıdırlar. Həmin qüvvələrin İran daxilində birsıra hadisələr törədərək, gərginlik yarada biləcəyi də istisna deyil".

Politoloq son dövrlər Yaxın Şərqdə vəziyyətin məcradan çıxdığını vurğulayıb:
"İsrailin Livanda əməliyyat keçirməsi, beynəlxalq terror çağırışları, özəlliklə “Hizbullah”ın İsraili yox etməklə bağlı mesajları vəziyyətin kifayət qədər gərginləşdiyini göstərir. İran İsrail və ABŞ la olan gərginlikdən istifadə edərək Kirman şəhərində baş verən partlayışın arxasında onların durduğunu söyləyir. Doğrudur, hadisənin böyük qlobal toqquşmaya gətirib çıxaracağını fikirləşmirəm. Lakin aqressivlik və gərginlik daha da artacaq. Düşmənçilik məsələsində də radikallaşma güclənəcək. Burada üçüncü qüvvələrin də birmənalı şəkildə maraqlarının olduğunu düşünürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm