ABŞ İranda taktikanı dəyişir: Quru nəqliyyat marşrutları hədəfə alınır

ABŞ-nin son günlər İranda nəqliyyat infrastrukturuna endirdiyi zərbələrin Vaşinqtonun yeni təzyiq taktikasının tərkib hissəsi olduğu bildirilir. Məqsədin təkcə dəniz logistikasını deyil, həm də alternativ quru təchizat marşrutlarını zəiflətmək olduğu qeyd edilir.

Sherg.az xəbər verir ki, son hücumlar zamanı Çabahar, Bəndər-Abbas, Buşehr, Konarak və Cask limanları, eləcə də Keşm, Lavan, Əbu Musa və Kiş adalarındakı infrastruktur obyektləri hədəfə alınıb.

Bundan əlavə, ilk dəfə olaraq İranın Gülüstan əyalətində yerləşən, beynəlxalq "Şimal–Cənub" nəqliyyat dəhlizinin mühüm hissəsi hesab edilən Aktəkəhan dəmir yolu körpüsünə də zərbə endirildiyi bildirilir. Bu marşrut Rusiya, Qazaxıstan, Türkmənistan və İranı birləşdirir, eyni zamanda Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün tərkib hissəsi hesab olunur.