ABŞ İranın raket gücünü məhdudlaşdırmaq istəyir

ABŞ İranla yekun razılaşmanın raketlərin hazırlanmasına qadağa qoymasını nəzərdə tutacağını gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.

“Biz onların xeyli sayda ballistik raketlərini və buraxılış qurğularını məhv etmişik. Bu, təkcə raketlərin özləri deyil, həm də buraxılış vasitələridir. Lakin, yekun razılaşmanın bir hissəsi olaraq, onların dünya üçün geniş təhlükə yarada biləcək raketlər hazırlaya bilməyəcəyini gözləyirik”, - deyə Vens bildirib.

Onun sözlərinə görə, ABŞ İrandan özünümüdafiə hüququndan tamamilə imtina etməsini tələb etmir və İsraildən belə tələblər irəli sürmür:

"Lakin Vaşinqton Tehranın nüvə potensialını bərpa edə bilməməsini təmin etmək niyyətindədir. İranın nüvə proqramı məhv edilib və hazırda əsas məqsəd ölkənin gələcəkdə bu imkanları bərpa etməsinin qarşısını almaqdır".

Qeyd edək ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehranın ballistik raketlərə sahib olmasını qadağan etmək ədalətsiz olardı, çünki digər Yaxın Şərq ölkələrində də bu cür silahlar var.