ABŞ İranla razılaşma üçün 6 aprelədək vaxt qoydu

ABŞ administrasiyası İranla 6 aprel tarixinədək razılaşma əldə etməyi planlaşdırır və bu məqsədlə İranın enerji infrastrukturuna zərbələrin müvəqqəti dayandırıldığı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə açıqlama verib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp daha əvvəl "Truth Social" platformasında paylaşım edərək İranın enerji infrastrukturuna zərbələrin 10 gün müddətinə, 6 aprelədək dayandırıldığını bildirib. Livittdən ABŞ-nin bu müddət ərzində nəyə nail olmaq istədiyi soruşulduqda o qeyd edib ki, Tramp razılaşma əldə etmək istəyir.

“Vaxt getdikcə azalır, cəmi bir neçə gün qalıb. Bu 10 günlük müddət başa çatdıqdan sonra nə baş verəcəyini görəcəyik”, – deyə Ağ Evin sözçüsü əlavə edib.