ABŞ Karib dənizinə qırıcı təyyarələr göndərəcək

ABŞ Venesuela ilə gərginliyin artması fonunda Karib dənizində əməliyyatlarda iştirak etmək üçün F-35 qırıcı təyyarələri göndərməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə "War Zone" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə əraziyə Vermont Hava Milli Qvardiyasının 158-ci qırıcı qanadının təyyarələri göndəriləcək.

Göndəriləcək qırıcı təyyarələrin sayı haqda dəqiq məlumat verilməyib.