ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Prezidenti Donald Tramp Kuba hökumətinə qarşı sanksiyaların genişləndirilməsi haqqında fərman imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Yeni sanksiyalar Kuba hökumətinin təhlükəsizlik aparatını dəstəkləyən, eləcə də korrupsiyada və insan hüquqlarının ciddi şəkildə pozulmasında iştirak edən şəxslərə və təşkilatlara qarşı yönəlib.

Bildirilir ki, Kuba hökumətinin İran və "Hizbullah"a dəstək verməsi Trampı bu addımı atmağa məcbur edib.