ABŞ-nin vitse-prezidentinin Ermənistana səfərinin vaxtı məlum oldu

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 9-da Ermənistana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ceyms Devid Vensin Azərbaycana da səfər edəcəyini bildirmişdi.