ABŞ senatoru Lindsi Qrem vəfat etdi: İsraildə matəm, İranda sevinc

ABŞ-nin Respublikaçı senatoru Lindsi Qrem 71 yaşında vəfat edib.

Sherg.az xəbər verir ki, senatorun ofisinin yaydığı məlumata görə, Lindsi Qrem qəfil yaranan qısamüddətli rahatsızlıq nəticəsində dünyasını dəyişib.

İsrailin Baş naziri Benjamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp onun ölümü ilə bağlı başsağlığı mesajları yayıblar. Netanyahu Qremi İsrailin ən yaxın dostlarından biri adlandırıb.

İran dövlət televiziyaları isə senatorun ölüm xəbərini sevinclə qarşılayıb. Bəzi aparıcılar Qremin İran əleyhinə sərt mövqeyi ilə tanındığını vurğulayaraq, bu xəbəri “müjdə” kimi təqdim ediblər.