ABŞ Səudiyyə Ərəbistanına ilk dəfə olaraq beşinci nəsil F-35 qırıcılarının satışına razılıq verib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Vaşinqton ilk dəfə krallığı NATO-dan kənar əsas müttəfiq kimi tanıyıb.
“İlk dəfə olaraq krallığı NATO-dan kənar əsas müttəfiq adlandırdıq və ilk dəfə Səudiyyə Ərəbistanına F-35 satışına razılıq verdik. F-35-lər möhtəşəmdir və biz onları çox məhdud şəkildə satırıq”, - deyə Tramp vurğulayıb.