ABŞ Dövlət Departamenti Vaşinqtonla Karakas arasında artan gərginlik fonunda Venesuelaya səyahət etmək istəyən vətəndaşlarına ciddi xəbərdarlıq edib.
AZƏRTAC-ın məlumatına görə, yenilənmiş səyahət xəbərdarlığında bildirilib ki, qanunsuz həbs, həbsdə işgəncə, terrorizm, adam oğurluğu, yerli qanunların özbaşına icrası, cinayət, vətəndaş iğtişaşları və zəif səhiyyə infrastrukturu riski yüksək olduğuna görə vətəndaşlar Venesuelaya səfər planlarını ləğv etməlidirlər.
Bəyanatda Venesuelada olan bütün ABŞ vətəndaşlarına dərhal ölkədən ayrılmaq tövsiyə edilib. “Heç bir səbəbə görə Venesuelaya səyahət etməyin”,- deyə açıqlamada qeyd olunub.