ABŞ İranla sülhə üstünlük verdiyini bəyan edib.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Prezident Donald Tramp münaqişənin sülh yolu ilə həllinə üstünlük verir.
“Prezident hər zaman sülhə üstünlük verir, əlavə insan itkilərinə və dağıntılara ehtiyac yoxdur. Lakin İran mövcud reallıqları qəbul etməzsə, Tramp daha sərt addımların atılmasına nail olacaq”, – deyə Livitt qeyd edib.