Amerikalı sahibkar İlon Mask narkotik asılılığına malikdir və "daşlanmış Nosferatu" ya (vampir-red) bənzəyir.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin aparat rəhbəri Syuzan Uayls "Vanity Fair" jurnalına verdiyi müsahibədə bildirib:
"Gündüzlər isə o, iş yerində yatır. Qəribə adamdır. Məncə, bütün dahilər belədir".
Uayls əlavə edib ki, Mask "mikrodoza" qəbul edərkən mübahisəli mesajlar paylaşır.
İyun ayında ABŞ prezidenti Donald Tramp Maskın Ağ Evdə narkotik istifadə edib-etmədiyini bilmədiyini söyləyib.
Daha əvvəl "The New York Times" qəzeti Trampın Maskın "dəli" davranışını narkotik istifadəsi ilə əlaqələndirdiyini yazmışdı.