“Allah bəlanı versin, Nurəddin”, yazdı: Hamı onun izinə düşdü
09:48 17.05.2024
Dünya
626
Sosial mediada paylaşıldı
Binanın önündə “Allah bəlanı versin, Nurəddin” yazılmış plakat görənləri heyrətə salıb. Görüntülər sosial mediada paylaşılıb və hər kəs Nurəddinin kim olduğunu, niyə ona belə bir qarğış edildiyi ilə maraqlanıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, hadisə Türkiyənin Kocaeli bölgəsinin Başiskele əyalətində yaşanıb. Bir binanın eyvanından üzərində “Allah bəlanı versin, Nurəddin” sözləri yazılmış baner asılıb. Baneri asan şəxsin ruhi sarsıntıları olduğu, vaxtaşırı ətrafda yaşayanlara problem yaratdığı da deyilir. Amma Nurəddin kimdir və nə edib ki, qarğışa tuş gəlib? Sözügedən bina Seymen məhəlləsi Hürriyyət küçəsində yerləşir. Banner bir müddət sonra aşağı endirilib. Məlum olub ki, binada hazırda yaşayış yoxdur. Adı yazılan şəxs isə binadakı mənzillərdən birində yaşayıb. Bannerin asılması barədə danışan məhəllə sakini Seyhan Altın, “Nurəddin adında birisini tanımırıq. Nə məqsədlə bu plakat asılıb, onu da bilmirik. Heç bir fikrimiz yoxdur. Amma hamı maraqlanır ki, Nurəddin kimdir? Biz də bilmirik. Açıq şəkildə birisinin adı yazıldığına görə bu adamlar arasında mübahisəli məsələ var, demək. Ola bilsin, kirayə məsələsidir. Birisinə ödəməli olduğu məbləğ var, amma ödəmir. Yəni daha çox ev kirayəsi və alqı-satqı, alınacaq-veriləcək bir məsələdir. Bundan əvvəl televizorda belə bir plakat asılmasını görmüşdüm. Evini kirayə verən biri kirayəşini mənzildən çıxara bilmirdi, kirayə pulu da ödənmirdi, belə bəddua yazıb asmışdı. Belə məsələlər hüquqi yollarla həll edilsə yaxşıdır. Bəddua etmək, nəyə gərək? Qarğışın “iki başı” olur, deyirlər. Bəddua edənin özünə də təsir edə bilər. Başqa bir sakin isə banner asmış şəxsin ruhi xəstə olduğunu deyib: “Bu adamla normal şərtlər altında danışmaq, nəyisə başa salmaq mümkün deyil. Bu banneri görəndə anladıq ki, onunla söhbət etmək mümkün olmayacaq. Danışmağa cəhd etsək, bizə də problem yaradacaq. Kimsəyə zərər vermir, amma qışqırır, bağırır. 4 ildir burada yaşayır. O binada isə kimsə yaşamır, 5 ildir ki boşdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya