Almaniya polisləri miqrasiya siyasətinə görə gücsüzlükdən şikayət edirlər

Almaniya polisləri hökumətin miqrasiya siyasəti səbəbindən özlərini "gücsüz" və "tərk olunmuş" hiss edirlər. Onların fikrincə, bu siyasət əcnəbilər tərəfindən cinayətkarlığın artmasına səbəb olub.

"Report"un məlumatına görə, araşdırmaçı jurnalist Liv fon Bettixer bunu Almaniyada onlarla polis əməkdaşının rəyini soruşduqdan sonra WELT nəşrinə müsahibəsində bildirib.

Müsahibə onun polislərlə söhbətlərə əsaslanan "Biz bu ölkəni itiririk" kitabının nəşri ilə üst-üstə düşür. Kitabın qısa hissəsində qeyd olunur ki, nəşr qorxu və qəzəb, zorakılıq, nəzarətin itirilməsi və uğursuz immiqrasiya siyasəti hekayələri təsvir olunur.

Jurnalistin sözlərinə görə, o, Berlindəki polis əməkdaşlarından xüsusən miqrant cinayətləri ilə bağlı çoxlu şikayətlər eşidib və bunu "gərginlik ocağı" adlandırıb.

Fon Bettixer iddia edir ki, bəzi polislər ona artıq bu ölkəni itirdiklərini və ya bu ölkənin bitdiyini deyiblər.

O, həmçinin Almaniyanın bəzi yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin son beş ildə vətəndaşlığa qəbul qərarlarının yenidən nəzərdən keçirilməsinin və yaşayış icazələrinin dayandırılmasının zəruriliyi barədə fikirlərini çatdırdı.

Jurnalistin həmsöhbətləri "TikTok" vasitəsilə alınan saxta sənədlərlə, eləcə də saxta dil sertifikatları ilə bağlı geniş yayılmış fırıldaqçılıq halları barədə məlumat veriblər.

Fon Bettixer vəziyyətin hələ də düzəldilə biləcəyinə inanır, lakin bunun üçün Almaniya hakimiyyətinin polis heyətinin artırılması və miqrantlar arasında qanun pozuntularının aşkarlanması mexanizmlərinin sərtləşdirilməsi də daxil olmaqla təcili tədbirlər görməli olduğuna inanır.