Almaniyada fikir azadlığı təhlükə altındadır - "Economist"
Yusif Nəzərli
01:33 23.04.2025
Dünya
432
Böyük Britaniyanın nüfuzlu “Economist” jurnalı Almaniyada ifadə azadlığının getdikcə daha çox təhdid altına düşdüyündən yazıb. Nəşr qeyd edir ki, bu tendensiya həm qanunvericilik, həm də məhkəmə qərarları və ictimaiyyətin tənqidə münasibəti fonunda müşahidə olunur.
Sherg.az Azərtac-a istinadən xəbər verir ki, nəşrin diqqət mərkəzində sağ-mərkəzçi “Deutschland-Kurier” qəzetinin baş redaktoru David Bendelsin işi dayanır. O, Almaniyanın daxili işlər naziri Nensi Fezerin fotosunu montaj edərək sosial şəbəkələrdə paylaşıb. Şəkildə nazirin əlində “Mən fikir azadlığından nifrət edirəm” yazısı olan plakat əks olunub. Nazirin şikayəti əsasında açılan iş üzrə məhkəmə D.Bendelsi yeddi ay müddətinə şərti həbs cəzası, yüksək məbləğdə cərimə və ictimai şəkildə üzr istəmə cəzasına məhkum edib.
“Economist” yazır ki, bu qərar ölkə daxilində və xaricdə geniş rezonans doğurub. Nəticədə sözügedən foto sosial mediada daha da yayılıb və çoxsaylı istifadəçilər tərəfindən yeni – bəzən zövqsüz montajların hazırlanmasına səbəb olub. Bu hal fikir və söz azadlığının, eləcə də fikirlərin şəkil vasitəsilə yayılmasının konstitusiya ilə təmin olunduğu bir ölkədə ciddi narahatlıq doğurub. Almaniyada son illərdə siyasətçilərin “iş fəaliyyətinə ciddi təsir göstərən” təhqirlərin qanunla daha sərt şəkildə cəzalandırılması imkanı yaradılıb.
Nəşr əlavə edib ki, hazırkı koalisiya hökumətinin proqramında dezinformasiyaya qarşı mübarizə məqsədilə xüsusi tənzimləyici qurumun səlahiyyətlərinin artırılması da nəzərdə tutulur. Jurnal bu təşəbbüsün ifadə azadlığına mümkün təsirlərinə diqqət çəkir.
“Allensbach” ictimai rəy institutunun 2024-cü ildə keçirdiyi sorğuya istinad edən nəşr bildirir ki, almanların yalnız 40 faizi öz fikirlərini sərbəst ifadə edə bildiklərini düşünür. Bu göstərici 1990-cı ildən bəri iki dəfə azalıb və son illərin ən aşağı səviyyəsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya