Almaniyadakı bu mərkəz Xameneidən göstəriş alıb – Hesabat
Almaniyadakı bu mərkəz Xameneidən göstəriş alıb – Hesabat
09:24 12.08.2024
Dünya
405
Hamburq İslam Mərkəzinin rəhbəri Məhəmməd Hadi Müfətteh birbaşa İran lideri Əli Xameneidən göstəriş alıb.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Şpigel” nəşri Daxili İşlər Nazirliyinin 220 səhifəlik hesabatına istinadən məlumat yayıb.
Bildirilir ki, əldə olunan sənədlərə əsasən fəaliyyətinə qadağa qoyulan mərkəzin Əli Xameneinin birbaşa göstərişi əsasında çalışdığı, eyni zamanda Hizbullah terror təşkilatı ilə sıx əlaqədə olduğu sübut edilib.
Hamburq İslam Mərkəzinin rəhbəri İran rəhbərinin kommunikasiya və beynəlxalq əlaqələr idarəsinin müavini Mehdi Müstəfəvi ilə Vatsap vasitəsilə daim əlaqə saxlayıb. Bu iki şəxs 2021-ci ilin sonundan 2023-cü ilin sonuna kimi 650-dən çox mesaj mübadiləsi aparıb. Müstəfəvi bu söhbətlərdə Məhəmməd Hadi Müfəttehə 2023-cü ildə Hamburqdakı İslam Mərkəzinə gedən almanca danışanlara (ehtimal ki, İran tərəfindən şiəliyi qəbul etmiş almanlar) Xameneinin mesajlarını ehtiva edən ətraflı göstərişlər verib. Bu mesajların digər məzmunları arasında mərkəzin 2024-cü ildəki fəaliyyəti də diqqət mərkəzində olub.
Müfətteh ilə Xameneinin ofisi arasında mesajlaşmalarda “antiisrail təbliğatı” üçün təlimatlar göndərilib. Məsələn, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumu və təxminən 1200 nəfərin ölümü ilə nəticələnən terror əməliyyatından bir neçə gün sonra Müfətteh İslam Respublikası liderinin ofisindən bu hadisəni necə şərh etmək barədə tövsiyələr alıb. Həmin tövsiyələrdə siyasi, ideoloji və hərbi istiqamətlərdə İsrailə qarşı uzunmüddətli mübarizə və müharibənin vacibliyi vurğulanıb.
Almaniya Daxili İşlər Nazirliyinin sənədlərinə əsasən, Yəmən radikallarına göndərilən yardımların sənədlərində Əli Xameneinin imzası, şəxsi möhürünün yanında isə Hamburq İslam Mərkəzi rəhbərinin adı var.
Sənədlərdən məlum olur ki, Hizbullah terror təşkilatının xarici əlaqələr şöbəsinin rəhbəri olan bir molla Almaniyaya səfərləri barədə hesabat hazırlayıb. Hesabata görə, o, rəsmi adı “Göy məscid” olan “İmam Əli”nin (Hamburq İslam Mərkəzi) iclaslarında iki il müddətinə davamlı olaraq iştirak edib. Livanlı molla 2016-cı ildə hazırladığı hesabatda maddi, mənəvi və məsləhət xarakterli yardımlara görə Hamburq İslam Mərkəzinə təşəkkür edib.
Məhəmməd Hadi Müfətteh və Hamburq İslam Mərkəzinin başqa məsullarının telefonlarında həmin livanlı mollanın telefon nömrəsi tapılıb.
Qeyd edək ki, Almaniya polisi iyulun 24-də Hamburq İslam Mərkəzində axtarış aparıb və mərkəzin fəaliyyətinə qadağa qoyulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol