Amerikalıların bazasından qaçan İŞİD-çidən şok etiraf
18:15 19.05.2020
Dünya
756
Suriyadakı "Ət-Tanf" bazasında fəaliyyət göstərən amerikalı hərbçilər İŞİD terror qruplaşması ilə fəal əməkdaşlıq edirlər. Bu barədə rusiyalı jurnalistlərə hökumət qoşunlarının tərəfinə keçmiş bir qrup yaraqlının komandanı Əbu Həmzə məlumat verib.
Qrup ABŞ-ın hərbi bazasında təlim keçsə də, bu yaxınlarda həmin istinadgahı tərk edərək Bəşər Əsədin bölmələrinə təslim olub. Verilən məlumata görə, qaçmış yaraqlıları neft-qaz və nəqliyyat obyektlərində təxribatlar, həmçinin, Dəməşqin nəzarətində olan ərazilərdə terror aktları törətmək üçün hazırlayıblar.
"Amerikalılar bu yerin onların olduğuna inanırlar. Onlar orada ağa kimidirlər. Kapitan Mayk, onların hamısı eynidır. Onlar İŞİD-lə işləyirlər, əməkdaşlıq edirlər. Onlar vaxtilə İŞİD-lə işləyirdilər, lakin sonra onu buraxdılar. İndi onları (İŞİD-çiləri-red.) öyrədirlər və onlarla işləyirlər", - deyə Əbu Həmzə bildirib.
Qaçan yaraqlının adını xatırlatdığı kapitan Mayk onun təlimatçısı olub. Həmzənın sözlərinə görə, təlimatçı Amerika hökumətinin "Suriya yaraqlılarından necə istifadə etdiyini" bilmir, "o, sadəcə silahdan necə istifadə etməyi bacarır" və onunla necə davranmağı öyrədir. Əbu Həmzə həmçinin 40 və 50 çaplı Amerika pulemyotlarından istifadə etməyi öyrənib.
Suriya ilə İordaniya sərhədindəki Ət-Tanf rayonunda ABŞ-ın hərbi bazası yerləşir. Amerika hərbçilərinin nəzarət etdiyi baza ətrafındakı 55 kilometrlik ərazidə qaçqın düşərgəsi var. Rusiya hərbçiləri, Rusiya və Suriya XİN nümayəndələri dəfələrlə bu düşərgədə vəziyyətin humanitar fəlakətə yaxın olduğunu bəyan ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə
“Qalatasaray” azarkeşlərinə üzücü xəbər
16:10 06.09.2026
Futbol