Analitik: Gürcüstan antiqərb ritorikası ortaya qoyub
11:51 27.05.2024
Dünya
401
Gürcüstan hakimiyyəti “xarici təsir” haqqında qanun layihəsini qəbul etməklə ölkənin Avropa İttifaqına gedən yolunu bağlayır.
Bunu Annalena Berbok deyib.
O bildirib ki, sözü gedən addım həm də hakimiyyətin gürcü xalqının iradəsinə qarşı çıxmaq niyyətindən xəbər verir:
“Mən çox təəssüf edirəm ki, Gürcüstan hakimiyyəti bu qanunla ölkəni Avropaya aparan yolunu bağlayır. Bu isə gənclər başda olmaqla, bütün vətəndaşların arzusudur” – A. Berbok deyib.
Eyni zamanda, Gürcüstan parlamentinin Hüquq komitəsi Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə vetosunu ləğv edib.
Deputatlar sabah plenar iclasda vetonu ləğv etməyi planlaşdırırlar.
Politoloq Turab Rzayev “Sherg.az”a söyləyib ki, Gürcüstan parlamenti bu qanunu qəbul etməklə faktiki olaraq seçim edir:
“Uzun müddət ki, Mixail Saakaşvilinin dövründə Gürcüstan Qərbə inteqrasiya yolunu tutmuşdu. Görünən odur ki, indi Gürcüstan hakimiyyəti konkret yol seçir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıq şəkildə Avropa İttifaqı, NATO və Amerika Birləşmiş Ştatlarını ittiham etdi. Daha sonra isə Rusiya və Çini təriflədi. Bidzina İvanaşvili yenidən “Gürcü arzusu” partiyası rəhbərliyinə qayıtdı. O, öz tərəfdarları ilə keçirdiyi mitinqdə Qərbi açıq şəkildə günahlandırdı. Beləliklə Gürcüstan antiqərb ritorikası ortaya qoyub. Buna görə də Avropa İttifaqının bəzi ölkələri Gürcüstana sanksiya tətbik etməyə başlayıb. Həmin ölkələr sanksiyalar və maliyyə yardımını dayandırmaq istiqamətində Gürcüstana təhdid göstərirlər. Faktiki olaraq Annalena Berbok çıxışı ilə antiqərb siyasət yürütdüklərini demək istəyir. Amma etiraz aksiyalarından da göründüyü kimi əhalinin böyük əksəriyyəti, xüsusilə də gənclər Qərbə inteqrasiya arzulayırlar. Əlbəttə, parlamentin Prezidentin vetosuna məhəl qoymadan qanunu yenidən qəbul etməsi gözlənilən idi. Onsuz da Gürcüstanda əsas qüvvə baş nazir və parlamentdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronald Arauxo "Liverpul"a keçdi
07:17 11.08.2026
Futbol
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm