Antarktida sürətlə əriyir
Yusif Nəzərli
11:41 02.08.2023
Dünya
531
Türkiyədən 3 dəfə böyük ərazi itirilib
Qlobal iqlim dəyişikliyi buzlaqlarla örtülü Antarktidanı da təsiri altına alıb.
“Sherg.az” “NTV,com.tr”yə istinadən xəbər verir ki, hazırda şimal yarımkürəsi qovurucu istilərin əsarəti altında olduğu bir vaxtda, cənub yarımkürəsində qorxunc iqlim rekordları müşahidə edilir. Alimlər Antarktidada buzlaqların sürətlə əridiyini bildirib. Alimlərin hesablamasına görə, buzlaqların məhz bu mövsümdə əriməsi indiyədək müşahidə edilməmişdi. İqlim dəyişikliyi Antarktidada indiyədək görünməmiş səviyyədə - Türkiyənin ümumi ərazisindən 3 dəfə artıq ölçüdə buzlaq sahəsi əriyib. Adətən burada buzlaq sahələri fevral ayının sonlarına doğru kiçilməyə başlayır, sonra isə qış mövsümü ərzində yenidən buzlaşma başlayır. Bu il isə fərqli görüntü müşahidə edilib.
Buzlaqlar gözlənilən səviyyəyə qədər böyüməyib. Son 45 il üçün ən kiçik ölçüdə qalıb. Qar və Buz Məlumatları Milli Mərkəzinin (NSIDC) məlumatına görə, Antarktidadakı buzlaqlar 2022-ci ilin eyni dövründə qeydə alınan ölçüdən 1.6 dəfə azdır. Buzlaqlar ötən ilə nisbətən daha sürətlə əriyib və Antarktida buzlaqlar sahəsini yavaş-yavaş itirmək üzrədir. Colorado Boulder Universitetinin buzlaqlar üzrə tədqiqatçısı Scambos verdiyi açıqlamada “oyun qaydaları dəyişib. Antarktidadakı buz itkisi iqlim sisteminin dəyişdiyini bizə açıq bir şəkildə göstərir”, söyləyib. Tədqiqatçı Antarktidanın buzlaq itkisinə məruz qalmasının əsas səbəbinin qlobal istiləşmə olduğunu deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə