
Atəşkəs gündəmdə deyil: Yaxın perspektivdə müharibə daha da alovlanacaq
07:48 29.08.2025
Dünya
401
Avropa Birliyi silah istehsalını artırırsa və NATO ölkələri dəstəyini davam etdirirsə, münaqişənin coğrafiyası və intensivliyi daha da genişlənə bilər
Sülh danışıqları və beynəlxalq ümidlərə baxmayaraq, Ukrayna Rusiyanın ikinci ən böyük hücumuna məruz qalıb. “Sky News” yazır ki, Kreml hücumların yalnız hərbi obyektlərə qarşı həyata keçirildiyini iddia etsə də, görüntülər bunun əksini göstərir: mülki binalar dağılıb, 20-dən çox insan həlak olub. Hətta Böyük Britaniya Şurası və Avropa İttifaqının binaları da zərər görüb.
"Bəs nə baş verir? Niyə Vladimir Putin bunu edir? Çünki bacarır. Rusiya prezidenti bu müharibəni qazandığını düşünür və vaxt qazanmaq üçün diplomatiyanı istifadə edir, eyni zamanda ukraynalıların qələbə ruhunu boğmağa çalışır. Təəssüf ki, indiyə kimi heç kim onu dayandırmayıb.
Ukrayna da düşmən ölkəyə qarşı əks-hücumlar edir. Rusiyanın neft obyektləri vurulur. Bu da Moskvaya ciddi zərbədir. Amma ekspertlər hesab edir ki, təkcə bu onun müharibəni dayandırmağa razı olması üçün kifayət etməyəcək".
“The Atlantic” nəşrinin ABŞ administrasiyasındakı yüksək çinli mənbəyə istinadən yaydığı məlumata görə, Donald Tramp diplomatik səylərinin nəticəsiz qalmasından narazıdır. O, hətta Ukraynanın müharibənin başa çatması üçün ərazilərinin bir hissəsini itirməsinin qaçılmaz olduğunu düşünür. Bununla yanaşı, senator Lindsi Qrem kimi anti-Rusiya siyasətçilərin sanksiya çağırışları Trampın narazılığını daha da artırıb.
Ukrayna Prezidenti Vladimir Zelenski isə Teleqramda bildirib ki, müharibənin gələcəyi yalnız liderlər səviyyəsində danışıqlarda həll oluna bilər:
“Rusiya hələ də aqressiyasını davam etdirir və yeni şərtlər irəli sürür.”
Hazırkı vəziyyət göstərir ki, Ukraynada müharibə yeni mərhələyə keçir. Diplomatiya isə nəticə vermir. Tərəflər sülh danışıqlarına hazır olduqlarını bəyan etsələr də, münaqişənin sonu hələ də uzaqda görünür.
Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Ukrayna müharibəsi ilə bağlı son hadisələr göstərir ki, sülh danışıqları və beynəlxalq vasitəçilik cəhdlərinə baxmayaraq, tərəflər kompromisə yaxınlaşmır:

"Rusiya “yalnız hərbi obyektləri vururuq” desə də, faktiki olaraq mülki infrastruktura ciddi zərbələr endirir. Bu isə həm beynəlxalq hüququn pozulmasıdır, həm də Qərbdə Moskvanın mövqeyinə qarşı daha sərt addımlar atılmasına səbəb olur. Ukraynanın cavab olaraq Rusiya neft obyektlərini vurması Moskva üçün strateji və iqtisadi zərbədir. Lakin bu zərbələr Kremlə müharibəni dayandırmaq üçün motivasiya vermir, əksinə daha aqressiv cavab addımları doğurur. Zelenskinin ərazi güzəştlərinə qətiyyətlə “yox” deməsi isə kompromisin indi mümkün olmadığını göstərir. Trampın müharibəni bitirmək səyləri real nəticə vermir. ABŞ daxilindəki siyasi bölünmələr, xüsusilə də senator Lindsi Qremin və digər siyasətçilərin Rusiyaya qarşı sərt mövqeyi, Trampın təşəbbüslərinin qarşısını alır. Bu isə Kremlin zaman qazanmaq üçün daha sərt şərtlər irəli sürməsinə imkan yaradır".
Analitik əlavə edib ki, əgər Avropa Birliyi silah istehsalını artırırsa və NATO ölkələri dəstəyini davam etdirirsə, münaqişənin coğrafiyası və intensivliyi daha da genişlənə bilər:
"Rusiyanın əsas hədəfi Ukraynanı zəiflətmək və Qərbi yoraraq güzəştə məcbur etməkdir. Amma Ukraynanın müqavimət iradəsi və Qərbin hərbi-siyasi dəstəyi buna imkan vermir. Bu səbəbdən yaxın perspektivdə müharibənin alovlanması, yəni döyüşlərin daha da şiddətlənməsi mümkündür. Trampın vasitəçilik səyləri fonunda belə, atəşkəs gündəmdə deyil. Əksinə, Moskva daha geniş təzyiq mexanizmlərinə əl atır, Qərb isə cavab olaraq sanksiyaları gücləndirir. Nəticə etibarilə, münaqişənin yaxın müddətdə sönəcəyi real görünmür. Əksinə, tərəflərin sərt mövqeləri və yeni hərbi-texniki imkanların işə salınması savaşın daha geniş miqyas alacağını göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya
Əkin sahələri böyüyür, ərzaq ucuzlaşacaq?
08:20 15.09.2026
İqtisadiyyat
Zabitə Alıyevanın toyudur - FOTO
08:18 15.09.2026
Şou
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
08:17 15.09.2026
Dünya
Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcək
08:11 15.09.2026
Dünya
Təhsil müəssisələrində ilk dərs günü başlayır
08:03 15.09.2026
Elm və Təhsil
Mbappe sabiq klubuna təzminat ödəyəcək
07:50 15.09.2026
Futbol