Qlobal çağırışlar və dəyişikliklər fonunda Avropa iqtisadi, müdafiə və texnoloji sahələrdə daha müstəqil olmalıdır.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
"Yəqin ki, hazırda böyük siyasi qeyri-müəyyənlik və qeyri-sabitlik dövrünü yaşayırıq. Hər halda, bu, dərin bir dönüş nöqtəsidir”, - o bildirib.
Kansler həmçinin qeyd edib ki, dünyada güc siyasəti yürütməyə daha çox meylli, bəzən hətta qaydaları pozan böyük güclər ortaya çıxır:
"Əgər biz avropalılar birləşmiş və qətiyyətli hərəkət etsək, dünyanı dəyişə bilərik. Bəzən gözlədiyimizdən daha çox şeyə nail ola bilərik".