Avropa İttifaqı Rusiya ilə bağlı Paşinyanın qarşısında tələb qoydu
10:18 28.04.2025
Dünya
492
Azərbaycan Prezidenti İlham Əliyev fövqəldövlətlərlə, Çin və digər liderlərlə fəal şəkildə görüşüb ölkəsinin maraqlarını həyata keçirdiyi bir vaxtda Ermənistan Baş naziri Nikol Paşinyanın səfərləri və görüşləri çaşqınlıq yaradır.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Erməni nəşri baş nazirin Estoniyaya səfərinə diqqət çəkib:
“İlk baxışdan elə görünə bilər ki, bizim həmin ölkəyə münasibətimizi nəzərə alsaq, Estoniyaya səfər o qədər də ciddi deyil. Amma məsələ burasındadır ki, bu gün Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Estoniyanın keçmiş baş naziri, Aİ-nin idarəetmə sistemində kifayət qədər ciddi mövqe tutan Kaya Kallasdır. Məhz Kallas Ermənistan və digər ölkələrdən mayın 9-da İkinci Dünya müharibəsində qələbə ilə əlaqədar keçiriləcək paradda iştirak etmək üçün Moskvaya getməməyi tələb edib.
Aİ hələ də Paşinyanın Moskvadakı paradda iştirak etməməsini tələb etməkdə davam edir. Paşinyan da gələcək addımlarını öyrənmək üçün Estoniyaya gedib. Paşinyan əvvəllər Rusiyaya gedəcəyini təsdiqləsə də, ötən gün yola düşməzdən əvvəl mayda Moskvada (Azərbaycanla) sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirməkdən imtina edib. O, qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya gedib-getməyəcəyini də söyləməkdən imtina edib.
Bütün bunlar sübut edir ki, Paşinyan hələ də çıxılmaz vəziyyətdədir və avropalı tərəfdaşlarını Moskvaya getməkdən imtina edə bilməyəcəyinə inandırmalıdır. Macarıstan və Slovakiyanın baş nazirlərini cilovlaya bilməyən Avropa İttifaqı bütün qəzəbini üzvlüyə namizəd kimi irəli sürülən Ermənistanın üzərinə tökəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya