Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri 27-28 may tarixlərində keçiriləcək görüşdə Rusiya ilə potensial danışıqlar üçün mövzuları müzakirə edəcəklər.
Sherg.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaja Kallas bazar ertəsi Brüsseldə xarici işlər nazirlərinin görüşü öncəsi açıqlama verib.
“Biz əvvəlcə (danışıqlardan əvvəl - red.) öz aramızda müzakirə etməliyik ki, onlarla nəyi müzakirə edəcəyik. Məhz buna görə də mayın sonunda görüşümüz olacaq və orada təklifləri müzakirə edəcəyik”, - deyə o bildirib.