Avropalı liderləri Napoleonla müqayisə etdi

“Əgər Hitler və Napoleon Moskvanı diz çökdürə bilməyibsə, Kaja Kallas, Emmanuel Makron, Keir Starmer və Friedrich Merzin də uğur qazanması mümkün deyil”

 İtaliya Baş nazir müavini və Nəqliyyat-İnfrastruktur naziri Matteo Salvini Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı siyasətini tənqid edib. Əvvəllər Rusiyaya etdiyi səfərləri və bu ölkəyə yaxın açıqlamaları ilə tanınan və bəzən Ukraynaya silah yardımlarının müharibəni uzatdığını iddia edən aşırı sağçı Liqa Partiyasının lideri Salvininin dünən axşam qatıldığı televiziya proqramında verdiyi açıqlamalar İtaliyada müzakirələrə səbəb olub.

Sherg.az xəbər verir ki, Salvini ona qarşı Putin tərəfdarı olmaqla bağlı sual verildikdə cavab verib:

“Mən İtaliyaya tərəfdaram. Məni Putin, Tramp və ya (Macarıstan Baş naziri Viktor) Orban tərəfdarı olmaqda ittiham etdilər, amma mən İtalyanların səsi ilə Baş nazir müavini olmuşam və İtalyanlara xidmət edən yolları, dəmir yollarını və körpüləri təhlükəsiz etmək üçün çalışan infrastruktur naziriyəm. Mən yalnız Putinin və ya yalnız (Ukrayna Prezidenti Volodimir) Zelenskinin tərəfdarı deyiləm. Mən sülhün və İtaliyanın tərəfdarıyam.”

O əlavə edib ki, AB-nin Putin qarşısında tətbiq etdiyi 19 sanksiya əslində Qərb iqtisadiyyatlarını zəiflədib və elektrik hesablarına təsir edib. Salvini vurğulayıb:

“Buna görə deyirəm ki, digər silahlar, Avropanın yenidən silahlanması və ya Avropa ordusu barədə danışmazdan əvvəl ehtiyatlı olun. Əgər Hitler və Napoleon Rusiyaya yürüşləri ilə Moskvanı diz çökdürə bilməyibsə, Kaja Kallas, Emmanuel Makron, Keir Starmer və Friedrich Merzin də uğur qazanması mümkün deyil.”.”

Salvini milli təhlükəsizlik baxımından fövqəladə təhlükənin Sovet tanklarının mümkün olmayan bir işğalından yox, cənubdan gələn qanunsuz miqrasiyadan qaynaqlandığını bildirib.

İtalyan xəbər agentliyi ANSA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Salvininin açıqlamasını alqışlayaraq deyib:

“Müqayisə doğrudur, nəticə mübahisəsizdir.”

Müxalifətdəki “Daha Çox Avropa Partiyası”nın lideri Rikardo Maqi isə bildirib:

“Putinin sözçüsü Mariya Zaxarovanın Salviniyə tərifləri bu hökumət üçün utancdır.”