"Ayaks" sistemdə dəyişiklik edib - Qurbanov

Onların oyunlarına baxmışıq. Son matçda sistemdə dəyişiklik etdilər. Ola bilər ki, əvvəl etdiyimiz təhlil dəyişsin, tam fərqli düşüncədə olaq. Belə olanda əlavə düşüncə lazım olacaq.

Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” ilə keçirilən oyundan (1-1) sonra mətbuat konfransında “Ayaks”la matç barədə danışarkən deyib.

“Şansa gəldikdə, qarşıda bundan əlavə iki oyunumuz da var. Bakıda oynayırıq, yaxşı nəticə üçün hər şeyi etməyə çalışacağıq. Amma rəqib də bunu düşünür. Çalışacağıq ki, intizamlı oynayaq və nəticə qazanaq”, - Q.Qurbanov bildirib.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-u saat 21:45-də başlayacaq.