Azərbaycanda taciklərə münasibət necə olacaq? -RƏY
08:46 08.04.2024
Dünya
552
Azərbaycanda viza rejimləri ilə bağlı sərt siyasətin tətbiqinə hələ ki ehtiyac yoxdur
Türkiyə adi xarici pasportlara malik Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi hökumət nəşri “Resmi qazete”də dərc olunan fərmanında deyilir. “Adi xarici pasporta malik Tacikistan vətəndaşları üçün Türkiyəyə səfər edərkən vizasız rejimin ləğv edilməsi qərara alınıb”, - sənəddə deyilir.Qərar “Əcnəbilər və beynəlxalq müdafiə haqqında” Qanun əsasında qəbul edilib. Qərar qəzetdə dərc edildiyi gündən qüvvəyə minib.
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, viza rejimində dəyişikliklər mövcud durumlara bağlı olur:
- Məsələn, Rusiya Federasiyası miqrantlara, xüsusən də əməkçi miqrantlara qarşı miqrasiya qaydalarını sərtləşdirməkdə çoxdan maraqlı idi. Əməkçi miqrantlarla bağlı viza rejimi indiyədək də bir neçə dəfə sərtləşdirilib. Rusiya hökuməti əməkçi miqrantlara sistem üzərindən nəzarətin həyata keçirilməsini istəyir. Xüsusilə də Tacikistan, Özbəkistan, Qırğızıstandan olan miqrantlara qarşı. Rusiya hökumətinin mövqeyi nizamsız miqrasıyadan nizamlanan miqrasiyaya keçməkdir. Bu istiqamətdə də iş aparırlar. “Krokus City”də baş verən terror hadisəsi isə miqrantlara qarşı sərt qaydaların tətbiqi üçün Rusiyanın əlinə kart-blanş verdi. Dünyada terror təhlükəsi artdığından bir çox ölkələr miqrasiya məsələlərinə ciddi yanaşmağı zəruri hesab edir. O cümlədən də Türkiyə Cümhuriyyəti. Görünür, təhlillər aparılır, təhlükənin haradan gələ biləcəyi dəqiqləşdirilir və lazımi qərarlar verilir. Tacikistanla vizasız rejimin ləğv edilməsi, böyük ehtimalla terror təhlükəsi ilə bağlıdır. Hazırda Tacikistanın özündə istintaq qrupları işləyir. Rusiyanın istintaq qrupu da oradadır. Terror qrupları aşkarlanıb. Türkiyə də ehtimal ki, məhz bu təhlükəni nəzərə alaraq vizasız rejimi aradan qaldırıb. Çünki Türkiyə xüsusi xidmət orqanları da terror qruplaşmalarına qarşı bir neçə əməliyyat həyata keçirib, casus şəbəkəsinin zərərsizləşdirilməsi işləri aparılır. Rusiyada baş vermiş terror hadisəsi vizasız rejimin ləğvi ilə bağlı zərurət yaradır. Təhlükəsizlik baxımından doğru olan da budur.
A.Allahverənov qey etdi ki, viza rejiminin sərtləşməsi, qayda dəyişiklikləri mümkün təhlükələrlə mübarizə kontekstində lazımdır:
- Azərbaycanda qeyri-qanuni miqrasiya ilə mübarizə həyata keçirilir. Qeyri-qanuni miqrasiya Azərbaycan üçün başağrısı yaradan hal deyil. Viza rejimi ölkələrə münasibətdə fərqlidir. Vizasız gediş-gəliş olan ölkələr də var, vizalı rejim də. Elektron viza ilə, onlayn qaydada gediş-gəliş icazəsi alınan ölkələr də var. Hazırkı şəraitdə viza rejimləri ilə bağlı sərt siyasətin tətbiqinə hələ ki ehtiyac yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm