Banqladeşdə mart ayının ortalarından bəri davam edən qızılca epidemiyası nəticəsində ölənlərin sayı 885 uşağa çatıb.
Teleqraf xəbər verir ki, son 24 saatda daha 5 uşaq qızılcadan həyatını itirib və 941 yeni yoluxma faktı qeydə alınıb.
Xəstəlik xüsusilə uşaqlar arasında kəskin şəkildə yayılmaqda davam edir.
Ölkə üzrə qızılcaya yoluxanların ümumi sayı 139.125-ə çatıb