BƏƏ-də raket təhlükəsi elan edildi

Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Hallar Nazirliyi hava hücumundan müdafiə sistemlərinin raket təhlükəsinə cavab verməsi barədə məlumat yayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Bu, ABŞ və İran arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri ilk belə xəbərdarlıqdır.

BƏƏ Müdafiə Nazirliyi bildirib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri hazırda İrandan raket zərbələri və yaxınlaşan dronlarla mübarizə aparır. Nazirlik təsdiqləyib ki, ölkənin müxtəlif yerlərində eşidilən səslər BƏƏ-nin hava hücumundan müdafiə sistemlərinin ballistik və qanadlı raketləri, dronları ələ keçirməsinin nəticəsidir.