Belarus prezidentinin kiçik oğlu orduya çağırılıb

Belarus Prezidenti Aleksandr Lukaşenkonun kiçik oğlu Nikolay Lukaşenko hərbi xidmətə çağırılıb və hazırda orduda xidmət edir.

Sherg.az xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko məlumat verib.

“Kiçik oğlum artıq orduda xidmət edir. Heç kim bundan xəbərdar deyildi. Viktor (müdafiə naziri Viktor Xrenin) onu çağırıb. Hamı kimi, qaydalara uyğun xidmət edir. Leytenantdır. Harada xidmət etdiyini deməyəcəyəm, amma ən çətin bölmələrdən birindədir”, - Lukaşenko bildirib.

Prezidentin sözlərinə görə, Nikolay boş vaxtlarında universitetdə təhsil aldığı əsas istiqamət - biotexnologiyanı da öyrənməyə davam edir.

Qeyd edək ki, Lukaşenkonun digər oğulları Viktor və Dmitri də müxtəlif vaxtlarda hərbi xidmət keçiblər.