Almaniyanın paytaxtı Berlində sərnişin avtobusunun ağaca çırpılması nəticəsində 15 nəfər xəsarət alıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Berlin Nəqliyyat İdarəsinə (BVG) məxsus avtobus ötən gecə hərəkətdə olarkən yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyətinin ağır, bir nəfərin isə həyatının təhlükədə olduğu bildirilir.
Xəsarət alanların sayının çox olması ilə əlaqədar Berlin yanğınsöndürmə xidmətinin əməkdaşları kütləvi xəsarət halları üçün nəzərdə tutulan xüsusi tibbi-xilasetmə qüvvələrini hadisə yerinə cəlb ediblər.
Qəzanın səbəbləri araşdırılır.