"Bloomberg": ABŞ İrana qarşı hipersəs silahı tətbiq edə bilər

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı mümkün istifadə üçün "Dark Eagle" hipersəs raketlərinin Yaxın Şərqə göndərilməsini xahiş edib.

Sherg.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, müraciət təsdiqlənərsə, bu, ABŞ tərəfindən hipersəs raketlərinin ilk dəfə yerləşdirilməsi halı olacaq. Mənbənin bildirdiyinə əsasən, Mərkəzi Komandanlıq bu addımı İranın buraxılış qurğularını 300 mildən (təxminən 482 km) artıq məsafəyə malik "Precision Strike Missile” ballistik raketinin çatma radiusundan kənara çıxarması ilə əsaslandırıb.

Eyni zamanda qeyd olunur ki, İrana qarşı əməliyyat zamanı hipersəs silahlarının tətbiqi ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.