2027-ci ilin sonunadək iqlim hadisəsi olan "El-Ninyo"nun güclənməsi səbəbindən daha 49 milyona yaxın insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər.
Sherg.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) hesabatında bildirilir.
Qeyd olunur ki, 2026–2027-ci illərdə müşahidə olunacaq "El-Ninyo" bir sıra regionlarda ərzaq təhlükəsizliyini ciddi şəkildə pisləşdirə bilər. Mütəxəssislərin fikrincə, bu iqlim hadisəsi quraqlıq, daşqınlar, məhsuldarlığın azalması və ekstremal istilərə səbəb olaraq qlobal ərzaq istehsalına mənfi təsir göstərir.
BMT daha əvvəl də "El-Ninyo"nun qlobal ərzaq böhranını dərinləşdirən əsas amillərdən biri olduğunu vurğulamışdı.