Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada yaşayan 2,1 milyon insanın atəşkəsdən altı aydan çox vaxt keçməsinə baxmayaraq, İsrailin məhdudiyyətləri səbəbindən səfalət içərisində yaşadıqlarını bəyan edib.
Teleqraf xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik BMT-nin humanitar yardım işçilərinin Qəzzada yaşayan 2,1 milyon insana kömək etdiyini bildiib: "İnsanlar hələ də Qəzza ərazisinin yarısından az hissəsində yaşayırlar və vacib obyektlərin yerləşdiyi digər hissələrinə gedə bilmirlər. Onlar həmçinin ixtisaslaşmış səhiyyə xidmətləri üçün lazımi ünvanlara gedə bilmirlər".
Dujarrik Ümumdünya Ərzaq Proqramı (ÜƏP) atəşkəs elan edildikdən altı aydan çox vaxt keçdikdən sonra Qəzzada aclığın aradan qaldırılmadığı barədə xəbərdarlıq edib və əlavə edib ki, "ÜƏP yüksək səviyyədə qidalanma problemlərinə diqqət çəkir.
"Bir çox ailə hələ də təzə qida almaq üçün