Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırılıb

Londonun şimalındakı Qolders Qrin bölgəsində baş verən bıçaqlanma hadisəsindən sonra Britaniyada terror riskinin səviyyəsi artırılıb.

Teleqraf xəbər verir ki, məlum hadisədən sonra ölkədə terror hadisəsinin baş vermə ehtimalı real hesab olunur.

Böyük Britaniyanın daxili təhlükəsizlik və əks-kəşfiyyat xidməti olan MI5 daxilində fəaliyyət göstərən Terror Təhlili Mərkəzi tərəfindən aparılan qiymətləndirmələr bunu deməyə imkan verir.

Qeyd edək ki, Qolders Qrində baş verən hücum zamanı iki yəhudi kişi bıçaqlanıb. Hadisə ilə əlaqədar Essa Süleyman adlı 45 yaşlı şübhəli saxlanılıb.