Böyük Britaniya Ukrayna üçün “Nightfall” adlı yeni ballistik raketin hazırlanmasını planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Məlumata görə, raketin uçuş məsafəsi 300 milədək olacaq və 200 kiloqramlıq döyüş başlığı ilə təchiz ediləcək. Bildirilir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi bir neçə şirkətə ümumi dəyəri 9 milyon funt-sterlinq olan müqavilə çərçivəsində üç sınaq raketinin hazırlanması və tədarükü ilə bağlı müraciət edib.
Qeyd olunur ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili yanvarın 9-da Kiyevə səfəri zamanı atəşkəs əldə olunacağı təqdirdə Britaniya qoşunlarının Ukraynada mümkün yerləşdirilməsinə hazırlıq məqsədilə təxminən 200 milyon funt-sterlinqin xərclənəcəyini açıqlayıb.