Britaniyanın ticarət naziri Türkiyəyə gedir
Yusif Nəzərli
06:47 05.01.2024
Dünya
457
Böyük Britaniyanın ticarət naziri Türkiyəyə gedir.
Bu barədə Britaniyanın hökumət saytında məlumat verilib.
"Türkiyə ilə təkmilləşdirilmiş ticarət müqaviləsi üzrə danışıqların başlaması ərəfəsində ticarət katibi Kemi Badenok ticarət əlaqələrini gücləndirmək və xidmət ticarətinin daha da artırılması ilə bağlı danışıqlar üçün İstanbula səfər edir. Böyük Britaniya və Türkiyə arasında inkişaf edən ticarət əlaqələri var, ticarət cari qiymətlərlə 17%-dən çox artaraq 2023-cü ilin iyun ayına qədər 26,2 milyard funt-sterlinqə çatıb. İstanbulda olarkən dövlət katibi türkiyəli həmkarı ticarət naziri Ömer Bolat ilə görüşəcək", məlumatda bildirilib.
Qeyd olunub ki, ticarət naziri İstanbulda olarkən 220 təyyarənin alınması üçün "Airbus" ilə yeni müqavilə bağlamış "Turkish Airlines"də də görüşlər keçirəcək. Türkiyənin alacağı bu təyyarələrin qanadları Bristolda layihələndiriləcək və Şimali Uelsdə hazırlanacaq, eyni zamanda, bu təyyarələr üçün Derbidə "Rolls Royce" tərəfindən istehsal olunan mühərriklər tədarük ediləcək. Milyardlarla funt-sterlinq dəyərində olan bu müqavilə Böyük Britaniyanın bu günə qədər ən böyük ixrac müqavilələrindən biridir.
"Böyük iqtisadiyyatı və strateji mövqeyi ilə Türkiyə Böyük Britaniya biznesləri üçün böyük imkanlar təqdim edir. Mən Türkiyə ilə yeni ticarət əlaqələrimizin bu imkanları açmasını təmin etmək üçün müzakirələrə başlamaqdan məmnunam", britaniyalı nazir səfərdən əvvəl bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm