Bryansk qaranlığa qərq oldu – Hücumdan sonra işıq və istilik kəsildi

Rusiyanın Bryansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində enerji infrastrukturu zədələnib.

Sherg.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz məlumat verib.

Onun sözlərinə görə, beş bələdiyyədə və Bryansk şəhərinin bir hissəsində istilik və elektrik enerjisi kəsilib. Hazırda qəza briqadaları ərazilərdə işləyir, ehtiyat enerji mənbələri qoşulur və istilik-elektrik təchizatının bərpası istiqamətində işlər davam etdirilir.