Yəmən Husiləri rəsmi olaraq Yaxın Şərqdə davam edən müharibəyə qoşulduqlarını bəyan ediblər.
Axar.az xəbər verir ki, bunu Ənsarullah (Husilər) hərəkatının sözçüsü elan edib.
Bildirilib ki, ilk hücumda İsrailin həssas hərbi obyektləri ballistik raketlərlə hədəfə alınıb və hücumlar uğurla nəticələnib.
Xatırladaq ki, bundan öncə Yəməndə fəaliyyət göstərən Ənsarullah hərəkatı birbaşa hərbi əməliyyatlara başlamağa hazır olduğunu bəyan etmişdi.