Ukraynanın dünən Rusiya tərəfindən kütləvi hücuma məruz qalması Kiyevin ötən il dekabrın 29-u gecəsi Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum cəhdinə cavab idi.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Rusiya yanvarın 8-dən 9-na keçən gecə Ukraynaya kütləvi zərbə endirib, həmçinin Lvovu “Oreşnik” ballistik raketi ilə vurub.
Kiyevdə isə Ali Radanın binası da hücum zamanı ciddi zədələnib.
Qeyd edək ki, Ukrayna Putinin iqamətgahına 91 PUA ilə hücum edildiyi barədə Rusiyanın iddiasını rədd etmişdi.