Çeçenistanda pilotsuz uçuş aparatları təhlükəsi elan edilib.
Teleqraf xəbər verir ki, Çeçenistan Respublikası ərazisində pilotsuz uçuş aparatları ilə bağlı təhlükə rejimi elan olunub.
Bu barədə Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması üzrə Vahid Dövlət Sistemi məlumat yayıb.
Məlumatda bildirilir: “Diqqət! Çeçenistan Respublikası ərazisində pilotsuz təhlükə elan edilib”.
Hazırda təhlükə ilə bağlı əlavə detallar açıqlanmayıb.