Çexiya Ukraynanın maliyyələşdirilməsinə vəsait ayırmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Çexiya Baş naziri Andre Babiş bildirib.
Onun sözlərinə görə, Çexiya digər dövlətlərin ehtiyacları üçün maliyyə təmin etməyəcək: "Biz heç nəyi zəmanət verməyəcəyik və vəsait ayırmayacağıq. Bizim digər ölkələrin ehtiyacları üçün vəsaitimiz yoxdur".
Baş nazir əlavə edib ki, Avropa Komissiyası Ukraynanın maliyyələşdirilməsi üçün alternativ yollar tapmalıdır.