Çilidə zəlzələ baş verib

Çilidə 6.2 bal gücündə zəlzələ baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumat paylaşıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 16:34-də (Bakı vaxtı ilə saat 17:34 - red.) 37 kilometr dərinlikdə baş verib.

Dağıntılar və insan itkisi barədə məlumat daxil olmayıb.